مصاحبه ام با نشریه خبر آذربایجان

“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”

İranlı qadın yazar və rejissor Leyla Novruzi milliyyətcə azərbaycanlıdır. O, həyatının böyük hissəsini filmə və ədəbiyyata həsr edib. İndiyədək bir hekayə və iki şeir kitabı işıq üzü görmüş Leyla Novruzi həm də iki qısa filmin və son günlər geniş müzakirə olunan “Mən İsmətəm” sənədli filminin rejissorudur. Azərbaycan dilində çəkilmiş “Mən İsmətəm”, daim heyvanları qoruduğu və onlara himayədarlıq etdiyi üçün ətrafdakı insanların mənfi münasibətinə məruz qalmış təbrizli bir qadının həyatından bəhs edir. Xanım Novruzi İranda qadınların filmdə və ümumən yaradıcı həyatda yeri, son günlər meydana çıxmış Azərbaycan dilində film çəkmək ənənəsi və İran qadınının gündəlik həyatda üzləşdiyi çətinliklər barədə fikirlərini bizimlə bölüşür. 

 

“Baş qəhramanın ana dili türkcə olduğundan filmi türkcə çəkdik”.

 

- Leyla xanım lütfən bizə bir qədər yazar və rejissor kimi gördüyünüz işlərdən bəhs edin. 

- Mən on ilə yaxındır ki hekayə, şeir, ssenari və s. yazıram. Bu illər ərzində üç kitabım nəşr olunub. Bir hekayə və iki şeir kitabı.
Film sahəsində də aktrisa, fotoqraf, dekorator və s. kimi çalışmışam. Həmçinin iki qısametrajlı filmin də rejissoruyam. Üçüncü filmim “Mən İsmətəm” adında ilk sənədli filmimdir ki, bu yaxınlarda bitib və onunla festivallarda iştirak etməyə hazırlaşırıq.

 


- Kənardan baxanda İran cəmiyyətində kişilərin qadınlar üzərində bir üstünlüyü hiss olunur. Halbuki siz İranda qadın rejissorsunuz. İranda qadın rejissorlar çoxdurmu? Yaradıcı sahədə işləyərkən qadın-kişi fərqi nə dərəcədə hiss olunur?

- İranda güclü qadın rejissorlar, aktrisalar, yazarlar var. Məncə, yaradıcı sahədə işləmək üçün təkcə yaxşı fikirlər lazımdır. Qadın, kişi fərq etməz. Ancaq etiraf etməliyik ki, İranda yaradıcı qadınlar kişilərdən daha çox problemlərlə üzləşirlər…

 

- Bu yaxınlarda Təbrizli Bəhmən Ərk və Bəhram Ərk qardaşlarının Azərbaycan dilində çəkdikləri “Soyuq” filmi İranda nümayiş olundu. Quzey Azərbaycanda yaşayanlar üçün İranda azərbaycanca filmin yayımlanması xeyli gözlənilməz xəbər oldu. Sizin filminiz də Azərbaycan dilindədir. İranda azərbaycanca filmlər əvvəllər də çəkilirdimi, yoxsa bu yeni yayılmış bir haldır?

- Ərk qardaşlarının filmi İran Azərbaycanı üçün böyuk bir hadisədir  və filmimizə yenidən can verdi. Bizim azərbaycanlılar arasında güclü rejissorlar var ki, illərdir ana dilimizdə, yəni türkcə film çəkiblər və yaxşı mükafatlar da qazanıblar. Lakin bu danılmazdır ki, son illərdə rejissorlarımız arasında ana dilimiz türkcədə film çəkmək həvəsi artıb. Qeyd etməliyəm ki, bu filmlərin böyük hissəsi qısametrajlı filimlərdir, çünki sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər.

 

“Bütün ürəyiylə heyvanları sevən bir qadın təsəvvür edin”. 

 

- Filminizi azərbaycanca çəkmək arzusu necə yarandı? Axı, farsca olsaydı, yəqin İranda daha çox yayılardı. Bu özünüzü daha yaxşı ifadə edə bilmək üçün idimi? 

- Mənim çəkdiyim sənədli filmin baş qəhrəmanı İsmət GüneyAzərbaycanda yaşayır, ana dili türkcədir və film gerçək həyatda baş verən hadisələrə əsaslandığı üçün qəhrəman öz dilində danışmalıdır, əks halda bu sənədli film olmazdı. Qəhrəmanın gerçək həyatını əks etdirərək filmi daha təsirli hala gətirmək mümkündür.

 

- Filminiz qadın və heyvan hüquqlarına qarşı həssaslığı ifadə edir. “Mən İsmətəm” filmini çəkmək ideyası necə yarandı? Niyə, məhz, İsməti filminiz üçün mövzu seçdiniz?

- Bu filmin mövzusunu cənab Məhəmməd Əlimuradi təklif etdi və İsmət xanımın bir neçə fotosunu yolladı. İsmətin həyatı mənə çox maraqlı gəldi. Təsəvvür edin: bir qadın bütün ürəyiylə heyvanları sevir və onları öz himayəsi altına almaq üçün böyük çətinliklərə dözür. Məncə, İsmət həm uşaqlarına, həm də sahibsiz heyvanlara anadır. Biz öz müşahidələrimizdə qadınların, ümumiyyətlə, heyvanları bəsləməklə maraqlandığını görmüşük, amma bütün qadınlardan fərqli olaraq İsmət xanımın həyatı heyvanlara başdan-başa sevgidən və məhəbbətdən ibarətdir. Onu yaşadan bu sevgi həm də bizim filmimizə güc verdi.

 

“Yaradıcı sahədə işləmək üçün təkcə yaxşı fikirlər lazımdır”

 

- İranda sənədli film çəkərkən nə kimi çətinliklərlə üzləşdiniz? Ümumiyyətlə, sənədli film çəkməyin çətinlikləri nələrdir?

- Sənədli film çəkərkən çəkilişə nə zaman başlayacağın əvvəldən məlum olmur, digər yandan professional dekorasiyalardan faydalanmaq imkanı da olmur. Bu səbəbdən dolayı sənədli film hər zaman daha çətin başa gəlir. Biz bu filmi tamamilə qeyri-peşəkar avadanlıqlarla çəkmişik. Məsələn, filmi foto çəkmək üçün nəzərdə tutulmuş “Canon 60” fotokamerası ilə çəkmişik. Elə səs avadanlıqlarımız da kifayət qədər qeyri-peşəkar idi. Əlbəttə, sənədli film çəkilişində bunlara icazə verilir, amma dəstəyimiz olsaydı, bir çox problemlərimizi ortadan qaldırardıq.
Bu cür sənədli filmləri çəkərkən gərək filmin baş qəhrəmanı ilə birgə küçədə-bayırda gəzəsən, millətin baxışlarına və sözlərinə təhammül edəsən. Əlbəttə ki, çəkiliş zamanı Təbriz xalqının sevgisini və anlayışını gördüyümüzü də qeyd etməliyik. 

 

“Filmimizin baş qəhrəmanı əməlləriylə sübut etdi ki, qadın heç də zəif cins deyil” 

 

- Adətən, İran filmlərində tez-tez qadın faciələrinə rast gəlirik. İsməti İran qadınlarının çoxunun ümumi obrazı saymaq olarmı? Yəni İranda sırf zəif cinsdən olduğu üçün kişilər tərəfindən mənfi münasibətə məruz qalmaq ənənəsi nə qədər yayğındır?

- Filmimizi çəkməkdə məqsədlərimizdən biri bu stereotipi sındırmaq idi. İsmət xanım öz əməlləriylə sübut edir ki, qadın zəif cins deyil, “Mən İsmətəm” filmində baş qəhrəman qadın olmaqdan daha çox heyvan sevərliyinə görə bir sıra insanlar tərəfindən əziyyətə məruz qalır.

  

- Keçmişdə İranda qadınların cəmiyyətdə basqılara, ayrıseçkiliyə məruz qalması haqda çoxlu xəbərlər alırdıq. Yaxın dövrdə isə İranda modernləşməyə doğru bir açılım başlanıb. Bəs indi İran qadınlarının durumu necədir, qadınlar öz haqlarını qoruyarkən hansı məhdudiyyətlərlə qarışılaşırlar? 

- Diqqətlə müşahidə etdikdə İran qadınlarının üzləşdiyi bir çox məhdudiyyətlərdə, məhz, qadınların özlərinin günahkar olduğu görünür.
Cəmiyyətin basqısı nə qədər olursa olsun, o cəmiyyətdə bir qadın öz istəklərinin arxasınca gedə bilər, məsələn musiqi ifa edə bilər, maşın sürə bilər, elmlə məşğul ola bilər. Son söz olaraq onu deyim ki, qadının yolunu açan tək şey onun cəsarəti və düşüncəsidir.


Söhbətləşdi: NamiqHüseynli

   + لیلا نوروزی - ۱٠:٢٤ ‎ب.ظ ; یکشنبه ٢٢ فروردین ۱۳٩٥

فیلم من عصمت ام

 

«من عصمت ام»، مستندی درباره‌ی مادرانه‌ی یک زن برای حیوانات بی‌سرپرست

«من عصمت ام»، مستندی درباره‌ی مادرانه‌ی یک زن برای حیوانات بی‌سرپرست

فیلم مستند «من عصمت ام» به زودی آماده‌ی اکران می‌شود.

به گزارش خبرنگار ایلنا، فیلم مستند «من عصمت ام» ماجراهای زنی آذربایجانی به همین نام است که با وجود اجاره نشینی،با دو دختر خود تمام وقت خود را صرف حیوانات بی سرپرست و خیابانی می کند و از جان و مال خود برای این کار مایه می گذارد.او هر روز و در تمام فصل ها از ساعت هفت صبح تا نه شب مشغول غذا دادن و درمان حیوانات داخل و بیرون شهر است. و در این راه سختی های زیادی میکشد و حتا گاها مردم ضرب و شتم مردم و توهین آنها قرار می گیرد که او را فردی بی عقل خطاب می کنند.اما با همه این احوالات او دست از این کار نمی‌کشد...

نویسنده و کارگردان این فیلم لیلا نوروزی ست که علاوه بر فیلم‌سازی در زمنیه ادبیات نیز فعالیت دارد و تا کنون سه کتاب از او چاپ شده است.

سایر عوامل نیز به ترتیب عبارتند از:

تهیه کننده:محمد علیمرادی

تدوین:قادر فریور

تصویر:عسگر قلی نژاد،محمد علیمرادی

دستیار کارگردان:پرستو نوروزی

   + لیلا نوروزی - ۱٠:٢٠ ‎ب.ظ ; یکشنبه ٢٢ فروردین ۱۳٩٥

مجموعه داستان کیوسک

نوشتن سرنوشت من است

لیلا نوروزی: مجموعه داستان کیوسک، برای من حاصل یک دهه نوشتن است. آغازی که در آن، شوق و شور پانزده سالگی همراه بود با تصمیم برای کلمه‌ی مقدس «داستان». هر چند از‌‌ همان آغاز می‌شد فهمید که قضیه به راحتی یک تصمیم نیست و باید جان داد تا خلق کرد و سر داد برای حفظ کلمه...
این مجموعه در بردارنده هشت داستان کوتاه با مضامین و شخصیت‌های مختلف هست که با تکرار شخصیت‌ها در متن یکی و پس زمینه دیگری، ارتباطی زنجیروار بین آن‌ها برقرار شده است (فرنگیس، سیاوش، مادام، آقا اسماعیل، گلناز و...) و سعی شده است بدون هیچ گونه حاشیه‌پردازی و جناح گیری، تنها به اصل «داستان بودن» تاکید شود. چرا که تنها مساله مهم برای کسی که داستان می‌نویسد، ذات خود این کلمه است. شخصیت‌ها همه ساخته و پرداخته قلم بوده و تمام دیالوگ‌ها مستلزم این شخصیت‌ها و فضایی ست که خلق شده: یک جامعه با انواع و اقسام دیدگاه‌ها، نگرش‌ها و طرز برخوردهایی که از دید قلم دور نمی‌ماند...
من هم مثل هر نویسنده دیگری دوست داشتم کودکم به صورت کاغذی چاپ شود. شاید به این دلیل روشن که از‌‌ همان هفت سالگی معصوم که نوشتن را یاد گرفته‌ام، مثل همه دوستانم از بوی کاغذ لذت برده‌ام. حالا هم از صمیم دل می‌خواستم که این کودک کاغذی را بغل کنم و بگویم «این فرزند دلبند من است». قرارداد را هم با نشر محترم نیماژ بستم. و در انتظار... اما متاسفانه در مرحله اول کسب مجوز، دو تا از داستان‌ها حذف شد و داستان‌های دیگر هم اصلاحیه خوردند. و من با دو داستان جایگزین، دوباره برای مجوز اقدام کردم. این بار هم دو تا داستان دیگر حذف... حالا بعد از دو سال، از هشت تا داستان، فقط چهار داستان مجوز گرفته بودند، آن هم با اصلاحیه! به قول سمفونی مردگان: «یک سرِ مانده بر نیزه»... در ‌‌نهایت تصمیم بر این شد که قید بچه‌ی کاغذی بدون دست و پا و سر را بزنم، اما آن را سالم و در یک «دوشنبه» ی خوب به دنیا بیاورم! با وجود اینکه کتابِ این طوری خواندن سخت است و شاید به این دلیل که رقیبی برای انتشاراتی‌ها نباشد، تبلیغاتش هم خیلی کم است، اما دلم روشن است که مخاطبانش را می‌یابد...
و در ‌‌نهایت تشکر می‌کنم از کسانی که بی‌تعلق نوشتن را به من یاد داده‌اند و ممنونم از دوستانی که برای چاپ این کتاب چه به صورت کاغذی و چه اینترنتی زحمت کشیدند.

***

 

   + لیلا نوروزی - ٩:۳٦ ‎ب.ظ ; یکشنبه ٢٢ فروردین ۱۳٩٥

nabat filmi

 

Elçin Musaoğlu”nin musahibasi

leila noroozi

 

 

  

    1966-1cı ildə Azərbaycanda doğulub.‌Əvvəl Azərbaycan İncəsənət Universitetində “teatr rejissoru” fakultəsində,‌sonra isə Moskva Teatr Universitetində oxuyub ve Teatrda tamaşalar qoyub.‌Sonra isə AZTV də, “Telefilm” studiyasında çalışıb.‌Burda 50-dən çox dokumental film çəkmb.‌İki böyük filmi:‌“40-cı qapı” və “Nabat” 

nabat filmini yaradmağ fikri hardan sizə ilham oldu  

     “Nabat”‌ın ideyası mənim atam Musa Qulusoyun povesti əsasında yaranıb.‌Daha doğrusu,‌Qarabağ savaşı zamanı mən dokumental filmlər studiyasında  çalışırdım.‌Biz tez-tez cəbhədə olurduq.‌Hər dəfə ya özüm şahidi olurdum,‌ya da dostlarımın söylədikləri bu ideyanın yaranmasına yardımçı oldu.‌Məsələn,‌eşidirdim və ya görürdüm ki,‌erməni qəsbkarları kəndi top atəşinə tutublar.‌Kənd camaatı məcburən evlərini qoyub çıxırlar. Amma bir yaşlı qadın getmir.‌Soruşanda ki,‌-ay ana,‌sən niyə getmirsən? Cavab verirdi ki-‌“hara gedim,‌ay bala?‌Ərimin də,‌oğlumun da qəbri burdadır. Mən onları burda qoyum necə gedim.Bir də ki,‌bura mənim torpağımdır”. Bunu ancaq analar edə bilər.

Ona görə Azərbaycanın belə qəhrəman anaları haqqında film çəkmək ideyası yarandı.‌Mən bu əhvalatları atama danışdım və ondan rica etdim ki, yazsın.‌Atam əslində tarix professorudur,‌həm də yazıçıdır.

  Bu snaryonun ustundə neçə müddət çalışmısınız? 

    Senari üzərində dostum Elxan Nəbiyevlə 1-il işlədik.

 


 
Rəhim bəşarətlə Əməkdaşlıqız hardan baştutdu? 

    Abdulrəhim Beşaratla 2007-ci ildə Tehranda tanış olduq.‌O zaman mən “40-cı qapı” filmini çəkməyə hazırlaşırdım.‌İlk tanışlıqdan sözümüz tutdu.‌Və beləcə dostlaşdıq.‌Ona görə “Nabat” filmini də onunla işlədik.

 

 

.Nədən bir iranlı xanım artisti bu filimdə ilk rol üçun seçdiniz? 

Əslində mən aktrisanı hər yerdə axtarırdım.‌İlk əvvəl Bakıda,‌sonra Türkiyədə axtardım.‌Türkiyədə xoşuma gələn aktrisa vardı,‌amma onların kontraktları bir neçə il əvvələ bağlanır.‌O üzdən alınmadı.‌Motamedaryanı Rəhim təklif etdi.‌Mən onu tanımırdım.‌Onun bir neçə filminə baxandan sonra razılıq verdim.

 

 

.Buna baxaraq ki xanım Fatimə mötəmidarya Azərbaycanıların dilini başa düşməyirdi onla çalışmaq sizin çün zəhmətli gəlmədi? 

Xanım Motamedarya azərbaycan türkcəsini bir az bilirdi,‌hətta mahnılar da oxuyurdu bizim dilimizdə.‌İşimiz çətinə düşəndə Rəhim tərcüməçi kimi yardım edirdi. 

 

 

.Iran sinəmasıyla ilgizi necə görürsünüz? 

İran sinemasında tanıdığım və hörmət etdiyim çox insanlar var.‌İlk filmimin səs,‌montaj və labarator işlərini İranda etdim.‌Bu işdə mənə ən çox yardımçı olan adamlar-‌Məsud Behnam (Allah ona rəhmət eləsin) və ağaye Bədii oldu.‌Sağ olsunlar!

İndi İran sinemasında çox dostlarım var.‌Rza Mirkərimi,‌Sasan Naxai,‌Mehdi Əkbərpur,‌Bəhmən Ərdəlan,‌Delpak və s. 

 

 

Filmi əgər iki hissəyə bölsək ilk hissəsi tamaşaçıya çox cəzəbəli gəlir amma nabatın hayatyoldaşı öləndən sonra filimdə çoxlu şeylər tikrar olur və nəzərə gəlir filmin zamani faydasız artib! Sizcə bu iş filmə zərər verən deyil mi?

 

Bu filmi çəkməyə başlamazdan əvvəl mən hamıya dedim ki,‌bizim film başqalarında fərqlənməlidir.‌Adam küçədən gələn kimi salona girib dondurma və ya popcorn yeyə-yeyə  filmə baxmamalıdır.‌Bizim film bir az başqa münasibət istəyir.‌Bizim filmdə seyirçinin ürəyinin ritmi dəyişməlidir, hər şeyi unudub filmin içində olmalıdır.‌Bu film sükutun simfoniyasıdır.‌Bu film pıçıltıyla danışan filmdir.‌Təkrar dediyiniz səhnələr,yəqin lampaları yandırmaq səhnələrini nəzərdə tutursunuz,‌həmən dediyimin sükutun ritminə xidmət edir.‌Kimlərsə mən dediyimi hiss edir,‌təbii ki,‌kimlərsə də yox.‌Bu normaldır.

Film haqqında bir çox ölkələrdə məqalələr yazılıb.‌Amma mənim üçün ən yadda qalanı bir alman sinema yazarının məqaləsi idi.‌Orda belə ifadələr var:

 “Mən filmə baxanda,‌15 dəqiqədən sonra ürəyimin ritmi dəyişdi.

https://www.trigon-film.org/de/movies/Nabat))

Bu mənə çox maraqlı gəldi.‌Deməli bizim əvvəlcədən düşündüyümüz doğru imiş.

 

 

 

.Belə nəzərə gəlir ki Azərbaycanda bu sayaxda filimlər ispanserlər tərəfindən az dəstəhlənir. sizin spanseriz kimidi? 

“Nabat” filmi Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyi tərəfindən maliyələşib.

 

 .Dünya səviyyəsində sixusən Azərbaycanda bu filim necə qarşılandi? 

”Nabat” filmi ilk premiyeri 71‌ci- Venice Film festivalında oldu.‌Ondan sonra bir çox festivallara getdi.‌Maraqlısı odur ki,‌dünyanın hər yerində bizim filmə çox yaxşı münasibət vardır.‌Adamlar filmin məğzinə çox diqqətlidirlər. Əslində Nabat dünyanın anası obrazıdır.‌Çünki Nabat həyatı,‌harmoniyanı qorumağa çalışır.

 

 

 

 

 

 

 

                                         

 

   + لیلا نوروزی - ٩:۱۳ ‎ب.ظ ; یکشنبه ٢٢ فروردین ۱۳٩٥