کیوسک kiyusk


روشنایی های شهر şəhərin ışıqları

azərbaycan Saraları

yazar;Leila Noroozi

XXI qərinə inkişaf çağıdır və bütün ölkələr hər gün bu istiqamətdə addımlamağa çalışırlar. Bu məsələ, xusüsilə, inkişaf etmiş ölkələrdə daha çox hiss olunur. O qədər ki bu sahə, az qala, bir festivala, bayrama çevrilib. Bəzən bu ənənəvi festivallarda tamamilə gözəl, fərqli bir mənzərə yaranır. Dünyanın dörd bir yanında insanlar gündəlik qayğılardan qaçmaq üçün fərqli şeylər axtarırlar. Hər ölkənin və hər xalqın özünəxas mədəniyyəti və davranışları var ki, təkcə o xalqa aid olduğu üçün qorunmalıdır, çünki onun sərvətinin bir hissəsidir. İnsanlar səyahət edərkən müxtəlif mədəniyyətlərlə tanış olurlar. Bu tanışlıq onların digər xalqlarla yaxınlaşmasına, aralarlnda səmimiyyət yaranmasına səbəb olur. Nəticədə xalqın arasında bir sevgi formalaşır. Yəqin, ona görə də, vətəndaşları səyahəti sevən ölkələrdə savaşa meyl azdır. İnsan bir yerdə çox qaldıqca, özünü qorumaq və başqalarını düşmən bilmək hissi artır. Köçərilər də bu cəhətdən çox maraqlı xalqdır. Fərqli xüsusiyyətlərə, fərqli mədəniyyətlərə sahib olduqları üçün onları barışa yolunda bir silah saymaq olar. İran Azərbaycanında iki qrup köcərilər var: Şahsəvənlər və Qərədağ köçəriləri. Bu köçərilər hər il baharın ortalarında qışlağa gedib payızda yaylağa dönərlər. Keçmişdə imkanların az olduğundan dəvə və atla köçərdilər. Ancaq indi dəvələrin, atların yerini avtomobil tutub. Bunu da deməliyəm ki, Riza şah dövründə "təxtə qapı" adlanan bir hadisədə hökümət onların çoxunu köçərilikdən əl çəkib oturaq həyata keçməyə məcbur edib. Vaxtilə fərqli mədəniyyətə və davranışa sahib olan köçərilər indi fərqliliklərinin bir qismini itiriblər, adət-ənənələrinin çoxu yoxa çıxıb. Ancaq bəzilərini hələ də qoruyurlar. Məsələn, qadınların tuman-köynək adlanan, rəngli parçadan tikilmiş bir neçə qatlı geyimi kimi... Hazırda köçəri mədəniyyətinin tamamilə yoxa çıxmasının qarşısını almaqdan ötrü hər il bahar mövsümündə festival keçirilir. Festival çərçivəsində köçərilər öz həyat tərzlərinə xarakterizə edən nümunələri nümayişə çıxarırlar. Ölkənin müxtəlif yerlərindən seyrçilər onların tamaşasına gəlirlər. Bu festivalda yemək sərgisi də olur, geyim də, ox atmaqda, at çapmaqda... Bunlar festivalın ən önəmli bölümlərindəndir. Festivalın ən gözəl və ən dəyərli bölümü isə qadınların at çapmasıdır ki, Azərbaycanın tarixində qadının yerinə və dəyərinə dair bir sübutdur Bu bölümdə nağıllarda haqqında eşitdiyimiz Sara kimi bir qızın at sürməsinə gerçəklikdə şahid oluruq. Qadınlar rəngbərəng geyimlərini geyinərək festivalda iştirak eləməyə bir neçə saat əvvəldən hazırlaşırlar. Onlardan niyə at sürdüklərini soruşanda belə cavablar verirdilər:" Uşaqlıqdan atla köçdüyümüz görə at sürməyə öyrəşmişik", "Nədən? Hər insanın bir röyası var. Mən də həmişə bunu xəyal edirdim. Ona görə də bu il qərara gəldim ki, iştirak edim", " atı sevirəm, at bizdən ötrü dəyərli bir heyvandır ". Təbii ki, bəzi qadınlar və qızlar da var ki, ataları, qardaşları, ya da ərləri onların festivalda iştirak etmələrinə icazə vermir. Amma elələri də var ki, davamlı olaraq festivala gəlirlər Məhləqa da həmin qadınlardan biridir: -"24 ildir birinci yerə çıxıram. Bu il də qalib gəlsəm, 25 il olacaq". Bu sözü deyərkən onun gözlərində, əl hərəkətində bir qadının qürurunu görmək mümkündü. Elə dediyi kimi də olur. Məhləqa 25-ci dəfə də qalib gəlir və bütün seyrçilər onu alqışlayırlar! http://xeber365.com/yazar-az-rbaycan-saralari-140.html

   + لیلا نوروزی - ۱۱:٤۸ ‎ق.ظ ; شنبه ۱٠ تیر ۱۳٩٦