کیوسک kiyusk


روشنایی های شهر şəhərin ışıqları

ərdəbilin yeraltı memarlığı معماری زیرزمینی اردبیل

yazar:Leila Noroozi

“Yeraltı memarlığı" ya "əllə qazılan" binalar insanın lap ilk yaşayış yerlərindən sayılır ki, özünü və ailəsini qorumaq üçün ondan istifadə eləyirmiş. Təbii ki, bu binaları yaratmaq çətin imiş və çox vaxt alırmış. Çünki daşı qazıb və orda otaqlar düzəldirmişlər. Həm öz yaşamlar, həm də saxladıqları heyvanlar üçün. Bu iqamətgahların bəzisində hətta son illərdə də yaşamın davamı var. Bu məsələni lap aydın şəkildə Kənduvanda görmək olar. Bura son 10 ildə turistik məkan olub və iqtisadi baxımdan xalqı köçməkdən qoruyub. Yeraltı memarlığı memarlıq sahəsinin önəmli hissələrindən biridir və onunla bağlı çoxlu araşdırmalar aparılıb. Ancaq indi binaların hamısı yerin üstündə tikildiyindən yerin altında qalmaq insanın marağını qazanmır, heç kimin bu tərz yaşamaqdan xəbəri yoxdu. Lakin 21-ci əsr yaşayışının bu tərzə çox ehtiyacı var. Çünki enerjini saxlayır və onun tələf olamağının qabağın alır. İkincisi, yerin altında nə boyda istəsən, ev tikə bilərsən. Ən önəmlisi də budur ki, əgər evlər yerin üzündən altına köçürülsələr, yəni yerin üzündə təkcə xiyabanlar, idarələr, parklar və memarlıq abidələri qalsa, dünyanın görüntüsü daha gözəl ola bilər. 21-ci əsrin şahid olduğu bu səliqəsizlik də aradan qalxar. Habelə səs-küy də azalar. Həmçinin bilməliyik ki, yerin altındakı binalar səsi içəriyə buraxmırlar. Bundan əlavə, bu binalar insanı yel və fırtına xətərindən qoruyur və insanı ətraf mühitlə bir səmimi yaşama yaxınlaşdırır. Bütün bunları biləndən sonra cəmiyyətdəki sıxlığın qarşısını almaq üçün bu kimi binaları yaratmaq ehtiyacı daha çox hiss edilir. Necə ki inkişaf etmiş ölkələrdə bu məsələ qabardılır. Yeraltı memarlığında qapı, pəncərə, taxça, anbar, məşəl yerləri və sairə binalara uyğun yaradılırır. Məsələn, pəncərənin harda yerləşməsi və nə boyda olmağı o binanın gün almağına bağlıdır. Yeraltı memarlığa dağlıq yerlərdə çox maraq göstərilib. Bəlkə də, buna səbəb yuxarıda dediyim kimi enerjinin saxlanmasıdır. Ya da dağ və daşın binanı xətərlərdən qorumasıdır. Azərbaycanın da yeraltı memarlığında böyük səhmi var. Ancaq təəsüf ki, indiyə qədər ona çox dəyər verilməyib və tanıdılmayıb. Məsələn, bir araşdırmada şahid oldum, Ərdəbilin Kənzə, Gülistan, Kəndə, Ərcə, Ları, Unar, Viənd və digər kəndlərində yeraltı memarlığı var ki, 100 il əvvələ qədər onlarda yaşayış var imış. Bu binalar daşdan olduqları için indi də yaşamaq olar. Ancaq modern həyatla sakitlik bir-birlərinə uyğunlaşdırılmalıdır. Bunun üçün də əvvəlcə gərək bu binalar tanıdılsın. Hətta onlar yaşayış binası kimi istifadə olunmasa belə, hotel, restoran, muzey, mədəniyyət mərkəzi kimi istifadəyə verilə bilər. Yaxşı reklam olunsa, bu kimi məkanlar çoxlu turist də cəlb edə bilər.

http://xeber365.com/yazar-yeraltinda-yasayanlar-124.html

   + لیلا نوروزی - ۱۱:٥٢ ‎ق.ظ ; شنبه ۱٠ تیر ۱۳٩٦