کیوسک kiyusk


روشنایی های شهر şəhərin ışıqları

kınduvana qar yağırdi در کندوان برف می بارید

yazar;Leila Noroozi

Bakıdan Təbrizə gonağım gəlmişdi. Qərarlaşmışdıq ki, cümə axşamı gedək Kənduvana. Kənduvan turistik bir kənddir və evləir yekə daşların içindədir. Bu model kəndlərdən dünyada 3 dənədir. Biri Amerikada, biri Türkiyədə və üçüncüsü isə Kənduvandır. Bir gün qabaq bir qadın taksi sürücüsünün nömrəsini alıb sübh saat səkkizdə yola çıxmağa qərarlaşdıq. Sübh tezdən sürücü qadın zəng edib soruşdu: Bu qarda yenə getmək istəyirsiniz? Yerimdən qalxıb pəncərənin önünə getdim. Şirin qar yağırdı. Qonağım da ki gecə Kənduvaya getmək sevincindən yatmamışdı, qar yağdığını biləndə kədərləndi. Onun üzünü görüb sürücü qadına dedim: Hə, getmək istəyirik. Yarım saat sonra yola düşdük. Sürücü kök və balacaboy bir qadın idi. Gözündə gözlük, əynində də qara paltar vardı. Üskü şəhərinə qədər bizə öz hekayəsini danışdı. Bu qadın 13 yaşında anasıyla bir qəribə şəhərdə taksiyə minir və sonra bilirlər ki, şofer onlardan 10 faiz çox pul alıb. 13 il əvvəl də taksı şoferi olub.O zaman hələ İranda bir qadın üçün taksi şoferi olmaq normal qəbul olunmurdu. Mən kameramı yandırıb caddənin qarını çəkirdım. Qadının səsi kadrlarda qalıb. Ondan soruşdum ki, əriniz sizin şoferliyinizə nə deyir? Gülərək dedi: “Onun belə problemi yoxdu. Çünki mən kişi kimi qadınam. Bu yollarda neçə dəfə yolda qalan kişilərə yardım eləmişəm. Bu qarı görürsünüz, məndən başqa heç qadın sürücü bu havada yola çıxmaz”. Üskü şəhərinin yolu bitəndən sonra daha yolda maşın görünmürdü. Qar da ələnirdi. Sübh çağında yola düşməmişdən qaba1 çantama yeməli şeylər yığmışdım. Dedim birdən yola bağlanar və biz yolda qalarıq. Üzü yüxarı gedirdik. Birdən maşının sürəti azaldı, sonra da dayandı. Qadın hər nə elədisə də, maşın getmədi. Mənim kameram isə hələ də çəkirdi. Kamerada sağa baxdım, dərə idi. Bir anlıq qorxdum. Qonağıma baxdım. Özüm heç, ama əgər ona bir şey olsaydı... “Dönüb qayıtmalıyıq” dedi qadın və başladı maşını döndərməyə. Qonağım yenə üzülmüşdü. Amma çarə yox idi. Bir az da qalsaydıq, yol daha xətalı olacaqdı. Qadın maşını döndərincə bir fikir gəldi ağlıma. Qonağıma baxdım, elə bil fikrimi oxumuşdu. Gülümsədi. – Dayan, biz gözləyirik, bir maşın gəlsin, onunla gedək Kənduvana. Qadının gözləri yekəldi. İnanmırdı. Maşından düşüb qarla örtülmüş yola baxdıq. Mənmi kameram hələ də çəkirdi. Neçə vaxt sonra uzaqdan bir qara maşının gəldiyini gördük. Qonağım uca və sevincli səslə dedi: “Bir maşın gəlir...” Maşın yaxınlaşdı. Üçümüz də əl eləyib maşının şoferini dayanmağa məcbur elədik. Dayanmaq istəmirdi. Yəni yaxşı bilirdi ki, üzü yuxarı yerdə dayansa, yola düşmək çətin olacaq. Dedik Kənduvana getmək istəyirik, amma qar imkan vermir. Bizi aparmağa razılaşdı. Amma maşın işə düşmədi. Qadın sürücü isə elə hey deyirdi ki, gəlin mənlə qayıdın. Amma biz Kənduvanı istəyirdik. Maşın sağa, sola gedirdi, bircə qabağa getmirdi. Sağ isə dərə idi, bunu, bəlkə də, təkcə mən bilirdim. Kişi maşını arxaya sürdü və üzü yuxarı sürəti çoxaldıb qalxdı. Yola düşdük. Kənduvana çatandan sonra kişinin maşını oranın hotelinin həyətinə girdi. Neçə nəfər maşının qabağına gəldi və kişini hörmətlə qarşıladılar. Mən və qonağım baxırdıq ki, nə olub və bizi gətirən kişi kimdir ki, belə? Bir nəfər soruşdu ki, siz müdirin qonaqlarısız? Bizə çay gətirdilər və müdirin tapşırığıyla bizi kənddə gəzdirdilər. Kəndə qar yağırdı. Daşdan olan evlərin başı ağarmışdı. Burda kameramın batareyası bitdi...

http://xeber365.com/yazar-k-nduvana-qar-yagirdi...-72.html

   + لیلا نوروزی - ۱۱:٥٥ ‎ق.ظ ; شنبه ۱٠ تیر ۱۳٩٦