کیوسک kiyusk


روشنایی های شهر şəhərin ışıqları

satıcı فروشنده ی اصغر فرهادی

yazar: Leila Noroozi

Əsğər Fərhadinin “Satıcı” filmi haqqında Süjet Emad və Rəna gənc ailədirlər və Tehranın köhnə binalarından birində yaşayırlar. Bina, az qalır, uçsun. Bu üzdən sakinləri onu tərk eləyirlər. Emad müəllimdir və Rəna ilə birlikdə teatr oyunçularıdılar. Iqtisadi durumları yaxşı olmadığı üçün məcburən dostlarının evini kirayə götürürlər, ancaq bir xoşagəlməz hadisə baş verir... Onlardan əvvəlki kirayənişinin vəsaylı evdə qalıb. Hərçənd tamaşaçı filmin sonuna qədər bu xarakteri görməyəcək, amma kölgəsi Emad və Rənanın həyatında olacaq. Bir gün Emad evdə olmayanda qapının zəngi çalınır. Rəna gələnin Emad olduğunu düşünüb qapını açır və hamama gedir... Emad evə dönur. Pillələrdə qan izini görüb, sürətlə evə qaçır. Hamam qanlıdı, qonşular Rənanı xəstəxanaya aparıblar. Onlar Emada deyirlər ki, keçmiş kirayəçi bir fahişə imiş və o kişi ki evə girib Rənanı yaralayıb, həmin qadının müştərisi ola bilər. Rənaya təcavüz olunub-olunmadığı bəlli deyil... Rənanın ruhi durumu yaxşı deyil, gecələr yatmır. Emaddan çəkinir, hamama getmir, evdə tək qalmaqdan qorxur, hətta heç kimlə göz-gözə gəlmək istəmir. O, bu hadisədən utanır və buna görə də istəmir polisə şikayət eləsin. Hadisənin unudulmasını daha uyğun bilir. Hətta yad kişinin küçədə qalmış avtomobilini də itirməyə çalışır. Emad Rənanı sakitləşdirməyə, qorumağa səy göstərir, ancaq Rənanın vəziyyəti onu yorur. O, təcavüzçünü axtarır və sonunda da tapır... “Filmlərim real olduğu üçün elə bir oyunçu seçməyə çalışıram ki, yaşam kimi oyuna da bacarıqlı olsun”. Filmdəki hadisə bütün böyuk şəhərlərdə baş verə bilər. Filmin əvvəlində Emad deyir: “əgər əlimdə olsaydı, Tehranı söküb yenidən tikərdim. Amma bu real bir dünyada ola bilməz!” Fərhadi teatrı sinemaya gətirir: Artur Millerin “Satıcının ölümü” tamaşası ilə. Yənı o yerdə ki real yaşam Fərhadinin sinemasıdır, o dayanır və mubaliğə, oyun səhnəyə girir. Ilkdə boş oturacaq vardır ki, ışığın dəyişməsilə xarakterləri dəyişir və sonda iki əsas xarakter oturacaqda oturub və qrim edirlər. Hadisə onları dəyişib: oyun oynamağa başlayıblar. Rəna və Emad daha əvvəlki xarakterlər deyillər. Onlar həyatlarına maska ilə davam edəcəklər. Hərçənd Fərhadi teatrın ayağın ortaya çəkir, amma bu teatr onun sinemasının önündədir və mükəmməl qabağa gedirlər. Bəzi tənqidçilər bu filmin barəsində belə yazıblar ki, filmdə teatrın iştirakı mənfi təsir edir. Ancaq Fərhadi sinema və yaşamın mənasını yaxşı bilir! Real yaşamda xarakterlər bir problemlə üzləşəndə oyun oynamağa başlayırlar və bu oyunda yaşamlarına ən yaxın olan ssenari və xarakteri seçirlər. Öz duyğularını gizlətmək, ya da mübaliğəli göstərməkdən ötrü. Fərhadi o oyunçuları seçir ki, ssenaridəki həyat sahəsində özlərini oynasınlar və o xarakteri yaşasınlar. O deyir: “Filmlərim real olduğu üçün elə bir oyunçu seçməyə çalışıram ki, yaşam kimi oyuna da bacarıqlı olsun”. Tamaşacı filmə baxarkən xarakterlərlə yan-yana gedir. Rənanın reaksiyası onun reaksiyası ola bilər və o zaman fikirləşər ki, “mən, Rəna olsaydım, nə edərdim”. Burda real yaşamın xarakterin oyununa ehtiyacı olur. Bu film, Fərhadi sinemasın aiddir: yaşam, mənəviyat, insanlar və eşq kameranın gizli qatlarında Film real simvollarla doludur. İşarələr bir birinin yanında durub və hədəfə sarı gedirlər. Məsələn, kişinin əlində bir sınıq şüşə, ya fahişə qadının əlbəsəsi xarakterin keçmiş və ya gələn zamandakı reaksiyasını tamaşaçıya göstərir. Bu nişanələr vəziyyəti açıqlayarkən onlara can verir. Bu film, Fərhadinin sinemasına məxsusdur: yaşam, mənəviyyat, insanlar və eşq kameranın gizli qatlarında. Bir ailənin daxili hekayəsi ki, xarici faktorla toqquşandan sonra dəyişir. Hansı tamaşaçı “Eli barəsində”, “Nadirin Simindən ayrılması”, ya da “Satıcı”ya baxanda, özünü Eli, Simin, Nadir, Rəna, Emad və də digər obrazlarda görmür və film bitəndən sonra onları yaşamır? Satıcının hekayəsi köksüz hekayə deyil, onun nağılı və xarakterləri birdən yerdən bitməyiblər. Film öz tarixindən qabağı da tamaşaçıya xatırladır. Amma flaşbəklə yox, bəlkə o izlərlə ki, evdə var və o fahişə qadının xarakterilə ki, filmdə fiziki iştirak etməsə də, əsl xarakter kimi başqaları onun barəsində danışırlar. Rejissor onun izini əvvəldən sona qədər saxlayıb. Yenə filmdəki nişanələrə dönürəm: fahişə qadının vəsaylı, ev yiyəsinin əlində onun əlbisəsi tamaşaçıya, onun da qadınla əlaqəsi olduğunu anladır, evin divarındakı uşaq rəsmləri və sonra digər bir uşağın dialogu: “mən babamı sevmirəm, anamı sevirəm” və s... Bunlar hamısı bir keçmişdən və onun səbəblərindən danışır ki, bir evdə, ya da böyük bir sahədə, bir cəmiyyətdə var imış. Məsələn, Rəna və Emadın əvvəl yaşadıqları binada şüşələrin və divarların çatlaması kimi. Məncə, Fərhadi əgər digər filmlərində ailə, ya da xarakterlərin mənəviyyatını tənqid eləyirdisə, bu filmdə dairəni genişləndirib və cəmiyyəti filmin gizli qatında hədəf tutub. Elə bir cəmiyyəti ki, divarları çatlayıb və Emad demişkən “keşkə onu söküb yenidən tikmək olsaydı...” Fərhadinin filmində musiqinin yeri yoxdu, çünki yaşamda musiqi yoxdur Satıcı Fərhadinin yeddinci uzun flmidir ki farsi dilində çəkilib. İran və Fransanın müştərək işi olan bu film 125 dəqiqə davam edir. Rollarda Şəhab Hüseyni və Təranə Əlidusti çəkiliblər. Şəhab Hüseyni Kann festivalında bu filmdəki roluna görə “ən yaxşı oyunçu” mükafatını qazanıb. “Ən yaxşı ssenari” mükafatına isə Əsğər Fərhadi layiq görülüb. Film İran sineması tərəfindən 2017-ci ildə Oskara namizəd göstərilib. Fərhadinin diğər filmləri kimi “Satıcı”nın da dramatik və açıq bir sonu var. Bu rejissor “Od bayramı” filmilə Irandakı sinemasevərlərin içində məşhur olub və tənqidçilərin diqqətin qazanıb. Bu film o il İran sinemasının ən çox satılan filmi olmuşdu. “Eli barəsində” filmi ilə Əsğər Fərhadi elə bir sinema janrı yaratdı ki, yalnız bu rejissorun sineması idi. Bu film bir real hikayə ilə İran sinemasının yeni dalğasına səbəb oldu və müəyyən elədi ki, Fərhadinin oğurluğu təsadüfi deyilmiş. “Eli barəsində” filmi bu rejissoru beynəlxəlq aləmdə tanıtdi, amma iş burda bitmədi. Fərhadinin filmləri günbəgün gücləndi. O vaxta qədər ki, “Nadirin Simindən ayrılması” filmi İran sinemasının zeniti oldu. Bu film, dünyanın İran sinemasına ciddi səbəb oldu. Və sonunda “Satıcı” filmi ki, demək olar, bu rejissorun ən yaxşı filmidir və onun davamını göstərir. Fərhadinin filmləri realdır və adi insanların yaşam hekayəsidir. Rejissor bir müsahibəsində deyir: “Parisdəki filmim üçün hər gün insanların evinə gedirdim. Hər evdə çoxlu insan var idi, hərəsinin də öz hekayəsi və yaşamı. Insanların yaşamlarının xəlvətinə getmək məni çox cəzb edir”. Onun filmində musiqinin yeri yox. Necə ki yaşamda musiqi yoxdur. Fərhadi deyir: “filmlərim real olduğu üçün heç zaman musiqiyə ehtiyac hiss eləmədim”. 44 yaşlı rejissor indi yeni filminin çəkilişləri üçün Ispaniyadadır. Bu filmdə dünyamiqyasında tanınan məşhur aktyorların iştirakı gözlənilir.

http://xeber365.com/yazar-saticinin-sokulmus-yasami-92.html

   + لیلا نوروزی - ۱٢:٠۳ ‎ب.ظ ; شنبه ۱٠ تیر ۱۳٩٦