کیوسک kiyusk


روشنایی های شهر şəhərin ışıqları

iran azərbaycanının məşhur hikayə yazarları داستان نویسان آذربایجان ایران

yazar:Leila Noroozi

İran Azərbaycanının ədəbiyyatı, xüsusilə hekayə ədəbiyyatı, son illərdə xeyli inkişaf edib və güclənib. Görünür ki, yazıçılar öz doğma dillərindən, ata-babadan qalan sözlərdən istifadə eləyib, onları yeni şəkildə yaratmağa səy eləyirlər. Müstəqil janr olaraq hekayə ədəbiyyatının başlanğıc tarixi dəqiq bəlli deyil. Ancaq araşdırma məqalələrdə onun müstəqil şəkildə 1920 hududunda yarandığını görmək olar. Pəhləvi zamanından İran inqilabina qədər türk dili qadağan olunduğu üçün türki yazıların nəşri yasaq imış. Ancaq bəzən bəzi yazıçılar qaçaq şəklində əsərlərini çap eləyirmişlər. O cümlədən, Səməd Behrəngi, Qulamhüseyn Saidi, Əli Təbrizi və digərləri... İnqilabdan sonra milli və mədəni azadlıqların yaranması yenidən müxtəlif millətlərin əsərlərini öz ana dilində yazıb və kitablarda, mətbuatda nəşr eləmələrinə səbəb oldu. Bu yazıda İran Azərbaycanının 10 məşhur hekayə yazarlarını seçib müəriffisinə çalışmışam. Burda həm fars, həm də türk dilində yazanlar qeyd olunub. Bir araşdırmada görünür ki, bu hekayə yazarlarının çoxu şeirdə yazırmışlar və bunlar bir-birindən ayrı deyilmiş. Odur ki, bu yazıçıların şeir kitablarının ünvanı da qeyd olunmalıdı. Həmçinin gənc nəsildən də bir neçə güclü yazıçının adı çəkilir ki, əsərləri çap olub və yaxşı nəzərlər qazanıblar: 1.Fəriba Vəfi Hekayə yazarı 1962-ci ildə Təbriz şəhərində doğulub. “Rahat oldun, ata” adlı hekayəsi ilk ciddi əsəri olaraq 1988-ci ildə “Adinə” dərgisində çap olunub. Ilk romanı “Mənim guşum” kitabıdır ki, 2002-ci ildə çap olundu və tənqidçilərin diqqətini qazandı. Hekayələri müxtəlif dillərə çevirilib. O cümlədən, ingilis, alman, italiyan, yapon, türk və s... “Mənim guşum” kitabı 2002-ci ildə İranda “ilin ən yaxşı romanı” adına layiq görülüb və “Huşəng Golşiri” festivalının üçüncü dövrəsinin ödülünü, ”Yəlda” festivalının ikinci dövrəsinin ödülünü qazanıb. “Təbbət röyası” adlı kitabı 2005-ci ildə “Mehrgane Ədəb” və “Gölşiri” festivalında “ən yaxşı roman” ödülünü qazanıb. Fəriba Vəfi, əksərən, qadınlar haqqında yazır. Məsəla, “Mənim guşum” kitabında hekayə ailəli bir qadının dilindən rəvayət olunur. Bir qadın ki, gündəlik bir yaşamdadır. Ravi özündən deyir, öz yaşamından, qadın hisslərindən... Fəriba Vəfi Iran qadınlarının yaşamını yazır! Kitabları “Səhnənin dərinliyində”, “Hətta o zaman ki gülürəm”, “Villa yolunda”, “Üfüqün hamısı”, “küləksiz kürəksiz”, “Mənim guşum”, “tərlan-təbbət röyası”, “Küçələrdə bir sirr”, “Ay tam olur”, “Sondan sonra” və s... Riza Bərahəni Yazıçı, tənqidçi, şair 1935-ci ildə Təbriz şəhərində yoxsul ailədə anadan olub. Məktəbə gedərkən məcbur imiş işləsin. 22 yaşında Təbriz universitetində İngilis ədəbiyat və dilindən təhsil alıb. Sonra Türkiyəyə gedib və orda PHD (doktorluq) oxuyub. Irana dönəndən sonra universitetdə təhsillə məşğul olub. O zamana qədər ki Irandaydı, neçə dövrə tənqid, şeir və hekayə atelyesi var idi. Ən məşhur tələbələrindən ki, indi güclü yazar olublar: Şiva Ərəstuyi, Hoşyar Ənsarifər, Məhsa Mohebəli, Roza Cəmali, Əhməd Nadəli, Şəms Aqacanidir. 1972-ci ildə Amerkaya gedib və 1977-ci ildə insan haqlarının ən yaxşı jurnalisti ödülünü qazanıb. Neçə müddət SAVAK zindanında qalıb. Riza Bərahəni “Kəpənəklərə xitab və niyə mən daha Nimayi şair deyiləm” kitabı ilə İranın postmodern şeirinin əsasını qoyaraq o zamankı İran şeirində bir dəyişiklik yaratdi. O, bu kitabı özünün ən önəmli kitabı bilir. Bu kitabda şeirin dili hər nədən çox gözə gəlir. Kitabları: Şeirlər: “Pəncərənin yanına gəl”, “Böyük kədərlər”, “Gül ayın silsiləsində”, “Günəş altında bir fəlakət”, “Günortadan bir gecə”, “Meşə və şəhər”, “Bağın maralları” vəs... Romanlar: “Ölülərin oxuması”, “Mənim vətənimin sirləri”, “Azadə xanım və onun yazarı”, “Elyas Nyu-Yorkda”, “Ayaz bəyin cəhənnəmli günləri”, “Toydan sonra nələr keçdi” vəs... Ğulamhüseyn Saidi Hekayə yazarı, dramaturq, ssenarist, (Ləqəbi Gohər Morad) 1936-cı ildə Təbriz şəhərində anadan olub, 1985-ci ildə Parisdə dünyadan gedib. Bir yoxsul ailədə yaşayırmış. Orta məktəbdə oxuyanda “Ayaqdan düşməyən” adlı uzun bir hekayə yazıb ki, “Barış gövərçini” adlı dərgidə çap olunub. Yeniyetməlikdə gənclərin təriqətçı təşkilatına goşulub, 17 yaşında “Fəryad Məsud” və “Azərbaycanın gəncləri” gündəliklərini nəşr eləməyə başlayıb. 18 yaşında mədəni təriqətlə əməkdaşlıqda ittiham olunaraq Təbrizdə həbs olunub. Belə söyləyirlər ki, Ğulamhüseyn Saidi klinikasında – ki, Tehranın Delgoşa xiyabanındaymış - çox zamanlar xəstələrindan pul almırmış. Saidinin teatr ssenarilərı ən yaxşı ssenarilərdəndi. Saidi, Bəhram Beyzayi, Əkbır Radi, Rəhim Xiyavi Iranın o zamankı teatrında dəyişiklik yaratmışdılar. 1967-ci ildə İranın yazıçılar Mərkəzinin əsas təsisçilərindən olub. Hekayə və ssenari yazmaqdan başqa “Kitab tənqidi” və “Əlifba” dərgilərinin redaktoru idi. 1974-cü ildə SAVAK onu həbs eləyib. Həbsxanadan çıxandan sonra 1978-ci ildə Amerikanın qələm icmasının dəvətilə ora gedib və İran inqilabından sonra Iranı tərk eləyərək Fransaya köçüb. Gohər Morad ləqəbi barəsində deyir: “Təbrizdəki evimizin dalında tərk olunmuş məzarlıq var idi və mən gün olurdu ki, saatlarla orda addımlayırdım. Bir gün gözüm bir qızın türbəsinə sataşdı ki, adı Gohər-Morad idi. Çox gənc dünyanı tərk etmişdi. Orda qərarım oldu ki, bu addan öz ləqəbim üçün istifadə eləyim. Üç parlaq və gözəl film Saidinin ssenarisi əsasında çəkilib ki, Iranın ən güclü filmlərindən sayılırlar: Dariyuş Mehrcuyinin “Inək” və “Dayereye mina” filmləri və Nasir Təqvayinin “Başqaların kənarında aramış” filmi. Sosial və tənqidi baxış, dramatık və güclü ssenari bu filmləri yaddaşlarda saxlayıb. Kitabları Hekayələrı: “Rey şəhərinin evləri”, “Əzadarane bəyəl”, “Türbə və beşik”, “Qorxu və titri”, “Məqtəl”, “Gülən tatar”, “Qəribə şəhərdə”, “Pəncənin yeri havada” vəs... Film ssenarilərı: “Həyasızlıq mövsümü”, “Biz eşitmirik”, “Inək”, “Dayereye mina” vəs... Teatr ssenariləri: “Zəhak”, “Qurdlar”, “Ilan məbəddə”, “Börklü ay, börksüz ay”, “Vərzilin əllərində ağac olanları” vəs ... Səməd Behrəngi Hekayə yazarı, tədqiqatçı, mütərcim, şair 1939-cu ildə Təbrizdə yoxsul ailədə doğuldu və 1968-ci də Araz çayında boğuldu.. 18 yaşında müəllim olub, həyatının sonuna qədər Azərşəhr, Məməğan, Qazi Cihan, Guganda- ki, o zaman kənd idilər- tədris elədi. 1960-cı ildə ilk müntəşir olan “Adət” hekayəsini yazdı və “Təlxun”, “Adsız” hekayələri ilə yaradıcılığa davam elədi. Ingiliscədən, Istanbul türkcəsindən fars, fars dilindən Azərbaycan türkcəsinə əsərlər çevirib. O cümlədən və Mehdi Əxəvan Salisdən, Əhməd Şamludan, Furuğ Fərruxzaddan, Nima Yuşic neçə şeir... Azərbaycan folkloru və tərbiyəti məsail barəsində də araşdırma yığincaqları var ki, müntəşir olub. 1961-ci ildə orta məktəbin tədrisindən ixrac olub... Və sonunda 1968-ci ildə Araz çayında boğulub və olüb. Səmədin ölümünə inanmaq asan deyildi. Xüsusən, Cəlale Ale Əhməd və Ğulamhüseyn Saidi üçün ki Səmədin qələmini kəşf eləmişdi. O anda ki xəbər Tehrana çatmışdı, onlar hətta bu işdə SAVAKın əli olduğunu düşünməyə də hazır idilər. Belə deyilmişdi ki, Həmzə Fərahəti adlı bir zabit Səməd olən ləhzədə onunla birlikdə görülüb. Fərahətinin hərbçi olmağı SAVAKın bu işdə əli olmağı şübhəsini lap şiddətli eləyirdi. Hər halda Səmədin nədən öldüyü heç zaman bəlli olmadı... Səməd Behrəngi qısa həyatında çox ərzişli və fikirli əsərlər yaratdi. Onun hekayələrinin qəhrəmanları hər zaman və hər dövrdə insanların ayılmasına və baxışlarına təsirli olub.. Kitabları: Hekayələri: “Ulduz və qarğalar”, “Adsız kəftərbaz keçəl”, “Məhəbbət əfsanəsi”, “Balaca qara balıq”, “Qarı və qızıl rəngli cücəsi”, “Koroğlu və Keçəl Həmzə”, “Qarğalar”, “Oyuncaqlar və adamlar”, “Dümrül” vəs ... Məqalələri və kitabları: “Iranın tərbiyəti məsailində araşdırma”, “Azərbaycan uşaqları üçün farsi əlifba”, “Uşaq ədəbiyyatının önəmi”, “Folkolor və şeir”, “Azərbaycanın əfsanələri”, “Tapmacalar, qoşmacalar”, “Azərbaycan məşrutə hərəkətində” vəs... Məhəmmədriza Bayrami Hekayə yazarı 1960-cı ildə Ərdəbildə anadan olub. Hekayə yazarıdı və İranın hekayə evinin rəisidir. Başlanğıcda hekayə yazmaq atelyesində iştirak eləyib, ancaq təhsil xərcini ödömək üçün işləməyə məcbur olub və atelyeyə gedə bilməyib. “Dağ məni çağırır” kitabi İsveçrənin “Qızıl ayı” və “Mavi kobra” ödülünü qazanıb. Son 20 ildə İranın ən yaxşı uşaq və yeniyetmələr üçün hekayə yazanlarından biridir. Yuta Hemil Rayş xanım “Dağ məni çağırır” kitabını alman dilinə çevirib. Kitabları: “Savalan nağılları”, “Bizim məktəbin qovağı”, “Gecə səhrada”, “Atmış vadisinin qartalları”, “Son yeddi gün”, “O zaman ki qaraçılar qayıdırlar”, “İldırım bir dəfə kükrədi”, “Dağ məni çağırır”, “Sınmış xol”, “Əjdəha və suyun əfsanəsi”, “O balaca adam”, “Təpənin dalında tüstü”, “Asma körpü”, “Dəniz quşları”, “Qaplanlar vadisi”, “Canavarlar qardan qorxmur”, “Qan yazısı”, “Səhradan keçmə”, “Yaşıl bağın ölüləri” vəs... Əhməd Sediqie Əşrəfi (Ə Nuranlı) Ərdəbilin ilk hekayə yazarı O zamana qədər ki həyatdaydı, pəhləvi rejiminin diktatura hakimiyyətinə görə yazılarını çap eləyə bilmədi. Öləndən sonra da əsərlərinin heç biri çap olunmadı. Bu yazıçı Tehranda olan azərbaycanlı yazıçılar icmasının üzvlərindən sayılırdı. Onun əsərləri bu sahənin mütəxəssislərinin nəzərində İranın ən keyfiyyətli əsərlərindən sayılır. “Qızıl atım və başqa öykülər” kitabı son illərdə çap olunub. Davud Ğəffərzadəgan Hekayə yazarı 1958-ci ildə Ərdəbildə doğulub və təhsilatın orda bitirərək müəllim olub. 1979-cu ildə ilk əsərini mətbuatda çap etdirib. 1988-ci ildə Tehrana köçərək Komək Amuzişi intişaratının ofisində işə başlayıb. Iyirmi ildən çox müxtəlif mövzularda hekayələr yazıb və “Biz üç nəfərik” adlı ərzişli kitabına görə İranın “20 il” adlı hekayə ədəbiyyatının ödülünü qazanıb, uşaq və yeniyetmə ədəbiyyat ərsəsində ən təsirli yazıçılardan sayılır. Uşaq və yeniyetmə festivalında son iki dəhənin ən yaxşı hekayə yazarlarından biri olaraq qızıl nişana layiq görülüb. Kitabları: Uşaq və yeniyetmələr üçün: “Gö mağaranın daş atanları”, “Gecə yarısının oxumağı”, “Durnaların uçması”, “Səkkiz qoca atlet, yeddi gənc oğlan” vəs ... Böyüklər üçün: “Fale xun”, “Əyyubun gecəsi”, “Kölgələr və uzun gecə”, “Biz üç nəfərik”, “Ağa Mirin öldürmək sirri”, “Adsız etiraflar kitabı”, “Hezarpa”, “Delriz qızlar” vəs ... Rüqəyyə Kəbiri Hekayə yazarı və şair 1962-ci ildə Xoy şəhərində anadan olub. Təbriz universitetində ulum azmyişgahi fakultəsində təhsil alıb. Rüqəyyə Kəbirinin yazılarının 90-i türk dilindədir. 2012-ci ildə Bakı şəhərində Azadlıq radiosunun keçirdiyi hekayə müsabiqəsində onun hekayəsi 180 əsərin içində birinci olub. Rejissor Qadir Fərivər qısametrajlı “Qaral” filmini Rüqəyyə Kəbirinin “Qar yağır” adlı hekayəsini əsasında çəkib. Bu film İranın “Pərvin Etisamı” festivalında və Təbrizin “Alma” festivalında ödül qazanıb. “Evim” romanı 2015-ci ildə Bakı şəhərində çap olub. Kitabları: Hekayə və romanları: “Ürəyim ağrıyır” (Bakı şəhərində 2012-ci ildə çap olunub), “Bu qapı heç döyülməyəcək”, “Evim”, “Online yazılar”, “Içimdəki qız, Yerdən uca topraq”, dünya qabar çalıb, yoldaş”, “Saçdan asılmış əjdaha” (Çin səfərindən yazılar) vəs... Şeirləri: “Təbrizim, al təbimi”, “Bir ocaqda iki kül topası” (Əsli-Kərəmdən yeni anlatı), “Gözlərinin dalınca gəzirəm” və... Salih Ətayi Şair və hikayə yazari 1951-ci ildə Ərdəbil şəhərində doğulub və Ərdəbildə yaşayır. Azərbaycan türkcəsində şeir və hekayələr yazır. Riza Seyyid Hüseyni Salih Ətayinin barəsində deyib: “Salih İran Azərbaycanının türk dilində həqiqətən yazan yeganə yazıçıdı”. Salihin yazıları modern dünyadan danışır və insanların yaşamını bu dünyada ədəbiyyat sahəsinə çəkir. Xarakterlər onun yazılarında özlərini axtarıb hekayəni yaradırlar. Kitabları: “Bəlkə daha deyəmmədim” (şeir), “Don kixot və dəli dümrülün körpüsü” (hekayələr toplusu), “Mənim adlarım” (roman) Hafiz Xiyavi Hekayə yazarı 1973-cü ildə Meşginşəhər (Xiyav) şəhərində anadan olub və orda yaşayır. “Törbəsi itən kişi” adlı ilk əsəri uzun zamanlar ən çox satılan kitablardan biri olub, barəsində çoxlu tənqidlər və qeydlər yazılıb. Uşaqlıqdan arzusu bu imiş ki, yazıçı olsun. Ancaq Iranın ən az yazan yazıçılarından biridir. Hafizin hekayələrində xarakterlər modern dünyada itmiş xarakterlərdilər ki, özlərini göstərmək istəyirlər. Onlar üçün öz yaşamları və yaşadıqları yer dünyanın ən önəmli şeylərindəndir. Buna görə də çalısırlar, hər şeyi cazəbdar görsünlər. Doğrudan da, belədir və Hafizin yazdıqlarında xarakterlər ən cazibədar xarakterlərdəndilər ki, real yaşamdan qaçıblar. Hafiz Xiyavinin yazılarının bir müəllifəsi onların doğma olmalarıdı. O özü deyir: “Məncə, o hekayə ki yazıçının iqlimindən heç iy və rəngi götürməyib, oxucunun heç dərdinə dəyməz”! Kitabları: “Törbəsi itən kişi” və “Eşşəyin qanının isi” http://xeber365.com/yazar-iran-az-rbaycaninin-m-shur-hekay-yazarlari-93.html

   + لیلا نوروزی - ۱٢:٠٦ ‎ب.ظ ; شنبه ۱٠ تیر ۱۳٩٦