کیوسک kiyusk


روشنایی های شهر şəhərin ışıqları

تاریخی از اسبهای قشقایی

yazar:Leila Noroozi

QAŞQAYI ATLARININ TARİXİ Atın Azərbaycan və türk mədəniyyətində boyuk bir yeri var və nəcabət, ədəb və nemətin çox olmağının simvoludur. Türk xalqlarında belə bir inanc var ki, allah əsl atı onlara bağışlamaqla onlara digər xalqlara nisbətdə üstünlük verib. Hətta türklərin tarixində ata sitayış etdikləri dövr də olub və ya məşhur və boyuk insanların atlarının dəfnində əzəmətli bir mərasim təşkil edilib. Iranın qaşqayı türkləri ki, bir milyon yeddi yüzə yaxın nümayəndələri var, dünyanın məşhur at becərənlərindəndirlər. Vasili Bartledin qaşqayı adında bir nəzəriyyəsi var: “Qaşqayı adı qaşqa kəlməsindəndir ki, bu, bir türki kəlimədir”. Qaşqa - alnı ağ olan ata deyərlər. Bu üzdən belə demək olar ki, qaşqayların tarixində at həmişə önəmli yer tutub. Qaşqayılar köçəri xalq olduqlarından yaylaq-qışlağa atla gedərlər, at sürməkdə çox bacarıqlıdılar və bu işi sevərlər. Dərə Şuri, qaşqayıların bir qoludur və adları “Dərə Şur” qışlağından götürülüb. Qaşqayların arasında ən çox at saxlayanlar və atçılar onlar sayılır. Təəssüf ki, Riza şah zamanında bu padişahın bəzi yanlış səyasətləri Dərə Şurilərin, atlarının 80-90-ni itirmələrinə səbəb olub. Doktor Əmrullah Yüsifi bəydən – ki, qaşqayıların ən savadlılarındandır - Riza şahın bu işinin səbəbini soruşuram və o, belə cavab verir: “Riza şah qaşqayılara qəzəbliydi. Çünki hökumətlə qaşqayıların arasında olan savaşlarda qaşqayılar atdan istifadə eləyirdilər və savaşda udurdular. Bu üzdən Riza şah əmr elədi ki, Dərə Şuri xalqı üçün at qadağan olunsun. Bu əmri icra eləyən polkovnikin adı Nuriydi. Bu səbəblə qaşqayıların xatirələrində “nuri ili” yarandi. Əlbət, Dərə Şurilərin bəziləri müxtəlif yollarla atlarını gizlətdilər...” Dərə Şurinin savaşçı xalqı öz atlarıyla döyüş meydanında ilk sözü deyərmişlər. Onlar atlarının təlimi üçün çox miqdar sərmayə sərf eləyərmişlər və atları ölkənin bütünündə məşhur imiş. Dərə Şuri atlarının xüsusiyyətləri: Uzun illər ərzində dağ-daşda köç apardıqlarından təqib və ov üçün güclü ayaqları var. Dağlıq havasında yaşamaları və oranın suyunu içmələri enerjilərinin çox olmasına səbəbiyyət verib. 30 dərəcə havaya təhəmmül eləyirlər və son dərəcə dözümlüdülər. Bu atların dəriləri nazik, gözləri qabadır . Qaşqayıların məşhur atları: Qızıl, Qoç, Kəhər, Təvəkkül, Qızıl Niru, Qızıl Şərak, və s... 1975-ci ilin sentyabr ayında Ziyad xane Setorke Dərə Şuri - ki, “at atası” da adlanır - qaşqayı xalqının atlarını toplayır və onların təliminə başlayır. Təvəkkül, Tac, Şahpər, Bac Alan, Ulduz, Qara Quş, Tərlan, Ceyran, Türkmən, Əslan o zaman at adlarıymış. Bu ilin sentyabr ayının ilk günlərində Şəhriza şəhərində Ziyad xane Setorkün xatirəsinə həsr olunmuş “Dərə Şuri atlarının gözəllik milli festivalı” keçirilib. Festivalda 120 at iştirak edib. Onlardan bəzilərinin qiyməti bir milyarddan yuxarıdı. Bu il ilk dəfə keçirilən festivala İsfahan, Fars, Kirman, Çaharmahale Bəxtiyari, Kohgiluyə, Boyr Əhməd və Buşehr vilayətlərindən də atlar qoşulmuşdu. Festivalın hədəfi Dərə Şuri atlarının tanıtmaq idi. Sonunda “Qara Quş” adlı at ilk rütbəni qazandı. ...Və illərdən sonra qaşqayı uşaqları ata-baba atlarının çapmasını gördülər. O atların ki, rənglərilə bütün seyrçilərin ürəyində yer qazandılar.

http://xeber365.com/yazar-at-sevgisi-95.html

   + لیلا نوروزی - ۱٢:۱٢ ‎ب.ظ ; شنبه ۱٠ تیر ۱۳٩٦