کیوسک kiyusk


روشنایی های شهر şəhərin ışıqları

ev filmi haqqında

EV filmi haqda bir not Rza Siami Tehranın fəcr film festivalı,35 ci dövründə bir yeniliklə qarşılaşdı.bu il ,tamaşaçılar,jürilər,,və sinema tənqidçiləri,İran sinemasının bütün filmlərinin əksinə,Fars dilində deyil,Azərbaycan Türkçəsində,bir uzun metrajlı film izlədilər. “EV “filmi,Əsğər Yüsifinəjadın rsjissorluqunda,Təbrizdə və tamamilə Azərbaycanlı bir ekiplə çəkilib.oyunculardan tutmuş,teknik grupları hamısı Azərbaycanlıdırlar. Filmin hekayəsi yeni dünyasın dəyişmiş yaşlı bir kişinin haqındadır.kişinin vəsiyyətinə görə onun bütün orqanları Təbrizin Tibb fakültəsinə bağəşlanmalıdır.amma evin qızı bu məsələyə qarşı cıxır və... İlk öncə bünü qeyd ütmək lazımdır ki EV filmi tamamılə İran sinemasına ayid bir filmdir.həm məzmun və ona baxış tərzi,həm obraz və xarakterizasyon stili və həm estetika nəzərindən. Hətt bunuda demək olar ki son illərdə bütün İran sineması və bir çox rejissora təsir edən Əsgər Fərhadi sinemasının modelindəndə istifadə edibdir. İran sineması başlanqıc illərindən,bir çox sahələri kimi ,dil məsələsinədə çox vulqar və səthi yanaşmışdır.İran filmlərində hamı Farsca danışır.halbuki İranda bir çox etnik gruplar və miillətlər,yaşıyır və fərqli dillədlə danışr.amma biz buları heç zaman iran filmlərində görə bilmirik. Fars dilinin ləhcələri hətta çox təhqir edici formada istifadə olunmuş və başqa dillər o cümlədən Türk,Kürd,Ərəb kimi dillərə heç filmdə rastlaşmırıq.iran filmlərində Türklər və ya başqa dili danışqn millətlər,saxta bir dillə danışırlar və buda İran sinemasının uydurmasıdır. Son illər amma iranda ,qısa filmlər ,eyni zamanda TV filmlərində ,bu uydurma modeli,sındırmaq hədəfilə,cəhdlər olundu.özəliklə qısa film sahəsində ,gənc rejissorlar,ana dilimizdə ,çox uğurlu filmlər çəkib,daxili və xarici festivallarda mükafatlar qazandılar. Bu uğurlar,uzun metrajlı filmlər üçündə yol açdı və 1382 də Ərdəbildə çəkilən ,Rəhbər Qənbərinin “O” (او) filmi, İran sinemasında ilk Türkçə sinema film olaraq çəkildi..amma bu başlanqıc, filmin çox festivala qatılıb və hətta ən yaxşı ssenari mükafatın qazansada təəsüflə davam etmədi və 1393 ci ilə qədər İran sinemasında başqa bir Türkçə film çəkilmədi.1393 ci ildə Təbrizdə iki gənc qardaş Bəhmən və Bəhram Ərkin rejissorluqunda “ Soyuq “ adlı yeni bir Türkçə sinema filmi çəkildi və bəzi daxili və xarici festivallardada uğurlar qazandı. EV filmi,35 Fəcr festivalına bir sürpriz oldu.filmin həm rejissorluq,həm oyunculuq və başqa sahələridə, ,bir çox sinema yazarı və tənqidci tərəfindən yüksək səviyyədə dəyəeləndirildi. Filmi izlədikdə,ikl öncə ,rejissorun sinema tekniki və sinema dilinə,eyni halda sinemanın nəzəri və estetikasını tam şəkildə mənimsəyib və əla dərəcədə istifasə etdiyi məlum olur. Film çox sürətli bir ritimlə başlayır bə rejissor bizi hekayənin içinə çəkir.filmin ilk dəqiqələrindən özümizi o makan və zamanda hiss edirik.sanki olayın bir parçasıdə bizik. Hərəkətli kamera və uzun sekans-planlar və eyni halda sürətlə dəyişilən mizanlar,orta və yaxın plnalar, həmdə montajla yaranan ritim ,və həm hərəkətli mizanlarla dixili ritim ,səhndə olan,steres,həyəcan,dalaşma və toqquşmaları izləyciyə köçürür. EV filmi bir psixilojik dramdır.filmin baş qəhrəmanı Sayə adlı qız,çox gərgin və qarışıq bir keçmişə sahibdir.o gənc yaşlarında ,sevdiyi oğlanla,atasının icazəsi olmadan evlənib və ona görədə atası, o və onun yoldaşından imtina edib .6 ildən sora Sayə atasının ölüm xəbərin eşidib və cənazəsinin üstündə hazır olub.bü bütün qohum əqrəbaları təəcübləndirir. Filmdə olan xatrakterlərin bir çoxu ikiüzlü və saxtalardırlar.hamı bir birinə yalan söyləyir.film ittihamıar,gizli sırlar,ehtimallar və yalanlarla dölüdür. لیلااا, [۰۷.۰۹.۱۷ ۰۱:۱۶] [Forwarded from رضا صیامی] İnsanların hərəsi bir maska altında yaşayır və bu bizim bü günkü toplumun gərçəyidir.rejissor yaşlı kişinin ölümü bəhanəsinə,bir çox insanı bir yerə toplayır və biz filmin gedişatında bu insanların,gərçək üzünü görürük.çünki filmdəki olaylar ,insanların maskaların götürür.film sonunda, detektiv bir sahəyə girir və heç gözlənmiyən bir olay baş verir. Rejissor işinin qüsursuz olduquyla yanaşı,oyuncularıda , professionalcasına ,oyun sərgiləyiblər.qadın oyuncu,Mühəddisə Heyrət və baş rolu oynayan kişi,Ramin Riyazı,rejissorun ən yaxşı seçimləridirlər.Sayə obarazı, hayatında baş verən olaylardan,qarışıq və isterik bir xaraktarə malikdir.oyuncu,mimik və bədən oyunlarla,tamaşaçıya bu gəgin və əsəbi halları yansıdır.Sayə obrazı , çoxölçülü bir xarakterdir .filmin ilk dəqiqələrində çox sadə və səmimi bir qız görsəkdə,filmin gedişatında,Sayə xarakterinin başqa tərəfləridə gözə çarpır.Mühəddisə xanım ustalıqla bu çətin rolun öhdəsindən gəlib. Ramin Riyazı oynadıqı rol,daha səssiz və sədə insandır.amma onunda keçmişdə,örtülü və gizli sırları olduqu,filmin sonunda üzə çıxır.bu sır və gizliliyi filmin sonundək oyununda saxlamq,oyuncunun ,öz peşəsində, professional olduqun göstərir.filmin bütün oyuncuları baxmıyaraq ki İran sinemasında ,tanınmış deyirlər,ama bu oların dəyər və qabiliyyətlərindən heçdə azaltmır. Təəsüflə,bü film,tənqidçilərin alqışlarına rəğmən,jüri tərəfindən ,real qarşılanmadı və buda bəlkə bizim yaşadıqımız toplumda normal haldır.çoxlarına hələ Türkçə film çəkilməsi problem və məsələdir və hələ bunu özlərinə qəbul etdirə bilmirlər,qalsın ki bu filmə neçə ödül və mükafatda versinlər.amma şübhəsiz bu film beynalxalq festivallarda uğurlar qazaanacaq və filmin dəyərləri get gedə açıqlanacaq.sadəcə filimin produseri ,dünya festivallarına dəqin plan və program hazırlamalıdır. Amma bu filmin bu uğurlu görünüş ,iranda axışa çevriləcəkmi? Yeni bir dalğa başlanacaqmı? Və Türk dilində film çəkmək,yeni bir janr yaratmaq bacarıqına sahib olacaqmı? Bular bir neçə şeydən asılıdır. sinema sənəti çox bahalı bir sənətdir.sinemaçılarımız,ana dilimiz və kimliyimizi qorumaq adına,öz vəzifələrin yerinə yetiriblər . Millətimizə düşən ,filmi gedib sinema salonlarında izləmək,bilit almaqla,filmdə zəhmət çəkib, əmək verənlərə dəstək olmaqdır. indi biz tamaşaçılar,iş adamları və sərmayə sahibləri və dövlət təşkilatları ,belə bir sinemanın davamı üçün hərəkət etməliyik.ümüd edirk ki bü filmin uğrları,İranda bir Türk sineması dalğası yaratmaqla yeni bir sinema janrının ortaya çıxmasına səbəb olsun.bir çox gənclərimiz ,Türkçə qısa filmlər çəkməklə yetəri qədər təcrübə əldə ediblər və sinema filmi çəkməyə hazırdırlar.

   + لیلا نوروزی - ۱٠:٤٩ ‎ق.ظ ; پنجشنبه ۱٦ شهریور ۱۳٩٦