من عصمت ام

یادداشتی درباره فیلم من عصمت ام ساخته لیلا نوروزی در سایت جمهوری آذربایجان

Leyla Novruzinin “Mən İsmətəm” filmi heyvanlara sevgi, şəfqət göstərən İsmət adlı yaşlı qadından bəhs

edir. O, itlərə pişiklərə, quşlara – küçədə rastlaşa biləcəyimiz heyvanlara yemək verir, tumarlayıq, sevgi göstərir. Buna görə, onu “dəli” adlandıranlar, qınayanlar, hətta döyənlər var. Amma İsmət bu sevgiyə dinə tapınan kimi tapınıb.

 

Sənədli film boyunca qəhrəmanının portretini müsahibə-reportaj, bədii səhnələrlə çatdırmağa çalışan rejissor əsas məramının heyvansevərlik və ya heyvanların müdafiəsi kimi bir fikir olmadığını söylədi: “Mənə İsmətin özü bir insan kimi maraqlı idi. Onun heç nəyə baxmayaraq yoluna davam etməsi, əzmindən dönməməsi maraqlı idi. Özünün filmə həvəsli olması, proses boyunca mənə yardımçı olmağa çalışması da xoş idi”.

 

Küçədə addımladıqca kameranın onunla yanaşı “addımlaması” tamaşaçını qəhrəmanla maksimum yaxınlaşdırır, həyata onun gözündən baxmaq kimi bir məqsədi vizual olaraq həll edir.

 

“İti öldürmək də insanı öldürmək kimi cinayətdir. Cinayətin böyüyü, balacası olmur” - deyən İsmətin əqidəsi yolunda həbsdə belə yatması onun yolunu daha aydın edir. İsmət haqqında pis-yaxşı danışan adamlar İsmətin portretinin fonunda qalır. “Mən İsmətəm” – özü haqqında ən yaxşı İsmət özü danışır…

/ 0 نظر / 69 بازدید